Güləş üzrə yeniyetmələrin təsnifat yarışları: 2 saylı nümayəndəlik

Helsinki Olimpiadasının gümüş mükafatçısı Rəşid Məmmədbəyovun xatirəsinə yeniyetmə sərbəst və yunan-Roma güləşçiləri arasında Respublika turnirinə vəsiqə uğrunda AGF-nin 2 saylı nümayəndəliyidə təsnifat yarışları başa çatıb. Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətidən SİA-ya verilən məlumata görə, Masazır İdman Kompleksində keçirilən yarışlarda sərbəst güləş üzrə 83, yunan-Roma güləşi üzrə 80 pəhləvan iştirak edib.
Sərbəst güləş yarışlarında Arif Hüseynov (42 kq, Abşeron), Ruslan Surxayev (46 kq, Abşeron), Cahid Həsənzadə (50 kq, Abşeron), Vaqif Qasımov (54 kq, Abşeron), Xəlil İbrahimov (58 kq, Sumqayıt), Haldun Əskərov (63 kq, Abşeron), Kənan Quliyev (69 kq, Siyəzən), Orxan Şərifov (76 kq, Abşeron), Elnur Məmmədov (85 kq, Abşeron), Anar Əliyev (100 kq, Sumqayıt) bütün rəqiblərindən üstün olub.
Yunan-Roma güləşi yarışlarında isə Orxan Rüstəmov (42 kq, Sumqayıt), Etibar Xəlilov (46 kq, Sumqayıt), Murad Məmmədov (50 kq, Sumqayıt), Elməddin Allahverdiyev (54 kq, Sumqayıt), Hüseyn Abbasov (58 kq, Sumqayıt), Vahid Quliyev (63 kq, Sumqayıt), Nicat Vəliyev (69 kq, Sumqayıt), Yusif Quliyev (76 kq, Sumqayıt), Araz Cəfərov (85 kq, Sumqayıt), Orxan Məmmədov (100 kq, Sumqayıt) fəxri kürsünün ən yüksək pilləsində qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...