“Lester” Kreyq Şekspir ilə yeni müqavilə imzalayıb

“Lester” Kreyq Şekspir ilə yeni müqavilə imzalayıb

“Lester” baş məşqçi Kreyq Şekspir ilə yeni müqavilə imzalayıb. Apasport.az saytının məlumatına görə, ingilis mütəxəssislə yeni anlaşmanın müddəti 3 illiyə nəzərdə tutulub. 2015/16 mövsümünü çempion kimi başa vurduqdan sonra növbəti il uğursuzluğa düçar olan “tülkülər” turnir cədvəlinin zirvəsində qərarlaşmışdı. Yalnız baş məşqçi Klaudio Ranyerinin istefasından sonra onun yerinə təyin olunan köməkçisi Şekspir komandanı aşağı dəstəyə düşməkdən xilas edə bilmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə