"Neftçi" futbolçu Eltun Yaqublu ilə yollarını ayırıb. SİA-nın məlumatına görə, yarımmüdafiəçinin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.
"Ağ-qaralar" digər 3 futbolçu - Aqşin Qurbanlı, Orxan Qurbanlı və Təyyar Məmmədovu icarəyə verib. Müqaviləyə görə Aqşin və Orxan 1 il, Təyyar isə 6 ay müddətinə "Səbail”in formasını geyinəcəklər.
Xatırladaq ki, E.Yaqublu da ötən mövsüm "Səbail"ə icarəyə verilmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB