"Mançester Siti" növbəti transferini rəsmiləşdirib FOTO

"Mançester Siti" növbəti transferini rəsmiləşdirib FOTO

"Benfika"nın qapıçısı Ederson Santananın "Mançester Siti"yə keçidi rəsmiləşib. SİA-nın məlumatına görə, 23 yaşlı braziliyalı qolkiper iyulun 1-də "şəhərəlilər"in oyunçusu olacaq.

"Mançester Siti" bu transfer üçün Lissabon təmsilçisinə 40 milyon avro ödəyib.

Qeyd edək ki, Ederson 2015-ci ildən "Benfika"da çıxış edirdi.

Bütün xəbərlər Facebook səhifəmizdə