Dünya çempionatında Amerika 1-ci, Türkiyə isə 2-ci oldu

Basketbol üzrə dünya çempionatı başa çatıb. SİA-nın məlumatına görə, Türkiyədə keçirilən yarışın qalibi Amerika yığması olub.  Final qarşılaşmasında amerikalılar meydan sahibi Türkiyə ilə üz-üzə gəliblər. Bütün dünyanın diqqətlə izlədiyi matçda 64: 81 hesabı ilə qalib gələn amerikalılar çempionluq sevinci yaşayıblar. Türkiyə isə gümüş medal qazansa da, bu nailiyyət türklərin basketbol tarixində ən yüksək uğur olub.

Qeyd edək ki, yarışın üçüncüsü Litva millisi olub.

Bütün xəbərlər Facebook səhifəmizdə