İngiltərə millisinin heyətində ciddi itki

İngiltərə millisinin heyətində ciddi itki

İngiltərə milli komandasının heyətində ciddi itki baş verib. SİA-nın məlumatına görə, yığmanın hücumçusu Ceymi Vardi sıradan çıxıb. Məşq zamanı zədələnən forvard millinin düşərgəsindən kənaraşdırılıb.

Bu səbəbdən "Lester"in qolçusu İngiltərə millisinin DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Şotlandiya ilə matçını və Fransaya qarşı hazırlıq oyununu buraxmalı olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə