"Real" bu yay qapıçı almayacaq. "Marca" qəzetinin yazdığına görə, bununla bağlı qərar klub prezidenti Florentino Pereslə baş məşqçi Zinəddin Zidan arasında keçirilən görüş zamanı verilib. Fransalı mütəxəssis komandada yeni qapıçıya ehtiyac duyulmadığını deyib. Qeyd edək ki, bundan əvvəl "Real"ın "Mançester Yunayted"in qapıçısı David de Xeanı alacağı iddia edilirdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB