“Zenit”in istefaya göndərdiyi Mirça Luçesku ilk dəfə komandadan ayrılması haqda danışıb. Qol.az-ın məlumatına görə, ölkəsinin mətbuatına açıqlama verən ruminyalı mütəxəxsis qovulmasından xəbərsiz olduğunu deyib: "Açığı, rəsmi açıqlama gözləyirdim. "Zenit"in Mançini ilə anlaşdığını klubun saytında gördüm. Klubdan mənə bir dəfə də olsun bu barədə nəsə deyən olmamışdı. Qovulmağımdan xəbərim yox idi. Bu, həqiqətən inanılmazdır".
Qeyd edək ki, Luçesku 2016-cı ildən "Zenit"i çalışdırırdı. 71 yaşlı məşqçinin Sankt-Peterburq təmsilçisi ilə bir illik müqavilsə olsa da, klub bir neçə gün əvvəl onunla əməkdaşlığa son qoyub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB