Güləşçimiz dünya çempionatının qızıl medalını qazanıb

Güləşçimiz dünya çempionatının qızıl medalını qazanıb

Azərbaycanın ən yaxşı sərbəst güləşçilərindən sayılan Xetaq Qazyumov Moskvada keçirilən sərbəst güləş üzrə dünya çempionatında 96 kiloqram çəki dərəcəsində qızıl medal qazanıb. O, finalda Rusiya güləşçisi Hacımurad Qatsalova qalib gəlib.

SİA-nın məlumatına görə, bu, Azərbaycan yığma komandasının çempionatda qazandığı ikinci qızıl medaldır. Birinci "qızıl"a yunan-Roma üslubunda yarışan Həsən Əliyev (60 kq) sahib olub.

Azərbaycan yığma komandasının veteranı Zəlimxan Hüseynov (60 kq) sərbəst güləşçilər arasında dünya çempionatının bürünc mükafatını qazanıb. O, bürünc medal uğrunda mübarizədə Türkiyə idmançısı Ersin Çetini məğlub edib.

Təəssüf ki, Azərbaycan yığmasının üzvü Novruz Təmrəzov (84 kq) sərbəst güləş üzrə dünya çempionatında iştirakını mükafata layiq üçlər sırasına çıxmadan dayandırmalı olub.

Bütün xəbərlər Facebook səhifəmizdə