Rusiya Premyer Liqasında mübarizə aparan "Terek" klubu adını dəyişir. SİA-nın məlumatına görə, Qroznı təmsilçisinin idarə heyəti klubun "Axmat" adlandırılması barədə qərar qəbul edib. "Terek"in baş direktoru Əhməd Aydəmirov bu barədə Rusiya Futbol İttifaqına rəsmi müraciət göndərdiklərini bildirib. O, ad dəyişməsinə səbəb kimi azarkeşlərin çoxsaylı xahişini ön plana çəkib.
"Çeçenistanın birinci prezidenti Əhməd Kadırovun sayəsində bu klub yaşadı. Ona görə belə qərar qəbul etdik. Klub artıq "Axmat Qroznı" adlanacaq. Bu adı doğrultmağa çalışacağıq" - Aydəmirov deyib.
Qeyd edək ki, "Terek" 1958-ci ildə təsis olunub. Ötən mövsüm Qroznı klubu Rusiya Premyer Liqasında 5-ci yeri tutmuşdu.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB