“Fənərbaxça” “Lion”un yarımmüdafiəçisini transfer edir

“Fənərbaxça” “Lion”un yarımmüdafiəçisini transfer edir

“Fənərbaxça” növbəti transferini reallaşdırmaq üzrədir. SİA-nın məlumatına görə, İstanbul klubu “Lion”un yarımmüdafiəçisi Matye Valbuenanı heyətinə qatır.

Aparılan danışıqlar müsbət yekunlaşıb və Valbuena qarşıdakı mövsümü icarə əsasında “Fənərbaxça”da keçirəcək.

Daha sonra isə 32 yaşlı futbolçu birdəfəlik transfer olunacaq. Valbuenanın keçidi Türkiyə klubuna 4 milyon avroya başa gələcək.

Qeyd edək ki, transfer rəsmən iyunun 9-da ictimaiyyətə açıqlanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə