Arda Turan millidən kənarlaşdırıldı

Arda Turan millidən kənarlaşdırıldı

Türkiyə millisinin baş məşqçisi Fatih Terim komandanın futbolçusu Arda Turanı millinin düşərgəsindən kənarlaşdırıb. SİA-nın məlumatına görə, buna onun dünən təyyarədə "Milliyyət" qəzetinin idman yazarı Bilal Meşeni ağır formada təhqir etməsi səbəb olub. Baş verənlərdən sonra Türkiyə Futbol Federasiyasının prezidenti Yıldırım Demirörən, federasiya rəsmisi Əli Dürüst və Fatih Terimin iştirakı ilə iclas keçirilib. İclasdan sonra F.Terim A.Turanla görüşüb. O A.Turanı millinin düşərgəsindən göndərmək qərarı verildiyini deyib.

Futbolçu həm komanda, həm də federasiyaya daha çox zərər verməmək üçün düşərgəni tərk edib.

Qeyd edək ki, A.Turanın jurnalisti təhqir etməsi Türkiyə mediasında etiraz doğurub.

Bütün xəbərlər Facebook səhifəmizdə