Formula 1-in yarış direktoru, Beynəlxalq Avtomobil Federasiyasının (FIA) təhlükəsizlik məsələləri üzrə nümayəndəsi Çarli Vaytinq Azərbaycan Qran Prisinə son hazırlıqlarla bağlı mətbuat konfransı keçirib. SİA-nın məlumatına görə, o, Bakı Şəhər Halqasının yarışa tam hazır olduğunu bildirib: "Bakı trası tam hazır vəziyyətdədir. Hər şey çox gözəl təşkil olunub. Bu il şəhər halqası ötən ilə nisbətən daha hazırlıqlıdır. Ötən il Bakıda yarış xoş sürprizlə yadda qalmışdı. Əminəm ki, bu il də hər şey çox yaxşı olacaq".
FIA nümayəndəsi trasda təhlükəsizlik tədbirlərinin yüksək səviyyədə olduğunu vurğulayıb: “Bütün trası nəzərdən keçirdim. Bakı Şəhər Halqasında heç bir təhlükə yoxdur. Yarışlarda bəzi texniki dəyişikliklər var. Mən və pilotlar bu dəyişikliklərdən məmnunuq”.
Ç.Vaytinq şəhərdə tras boyu əlavə hasarların quraşdırılmasının tamaşaçıların təhlükəsizliyinin təmin edilməsi ilə bağlı olduğunu bildirib.
Yarış direktoru qeyd edib ki, Formula 1 bolidləri və təkərlərinin bir qədər enlənməsi səbəbindən ötən ildən daha yüksək sürətin olması gözlənilmir: “Ötən il maksimal sürət 378 km/saat olmuşdu. Bu il də o qədər və ya bir qədər az sürətin olması nəzərdə tutulur. Lakin bu il halqa rekordu qırıla bilər və böyük ehtimalla qırılacaq. Ötən il Bakıda keçirilən Formula 1 yarışında dövrə rekordu, yəni 6 km-lik dövrənin qət edilməsi 1 dəq 46 saniyə olmuşdu".
Xatırladaq ki, Formula 1 üzrə Azərbaycan Qran Prisi iyunun 23-25-də keçiriləcək.

.jpg)
.jpg)
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB