"Arsenal" yeni futbolçu transfer edib

"Arsenal" yeni futbolçu transfer edib

"Arsenal" heyətini yeni futbolçu ilə gücləndirib. SİA-nın məlumatına görə, London təmsilçisi azad agent olan Sead Kolaşinaçla uzunmüddətli müqavilə imzalayıb. 23 yaşlı müdafiəçinin yeni klubunda həftəsinə 140 min avro alacağı gözlənilir.

Qeyd edək ki, S.Kolaşinaç ötən mövsüm "Şalke"də oynayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə