Azərbaycan - Şimali İrlandiya matçının biletlərinin yarıdan çoxu satılıb

Azərbaycan - Şimali İrlandiya matçının biletlərinin yarıdan çoxu satılıb

Futbol üzrə Azərbaycan və Şimali İrlandiya milli komandaları arasında iyunun 10-da keçiriləcək 2018-ci il dünya çempionatının seçmə qrup matçı üçün satışa çıxarılan biletlərin yarıdan çoxu satılıb. SİA-nın məlumatına görə, artıq 15800 bilet alınıb.

Biletlər "28 Mall", Tofiq Bəhramov adına Respublika stadionunun kassaları, "Bakcell" Sahil müştəri xidmətləri, "Bakcell Arena"nın kassalarında satılıbr. Onları www.tickets.affa.az saytından onlayn əldə etmək də mümkündür.

Qiymətlərə gəlincə, VIP biletlər 25 manat, 1-ci kateqoriya 9 manat, 2-ci kateqoriya 4 manat, 3-cü kateqoriya 2 manatdır.

Bütün xəbərlər Facebook səhifəmizdə