"Turan" klubu televiziya kanallarına qadağa qoydu

"Turan" klubu televiziya kanallarına qadağa qoydu
"Turan" klubu öz meydanında keçirdiyi oyunlarının video-çəkilişlərini televiziyalar tərəfindən aparılmasına qadağa qoyub. SİA-nın məlumatına görə, bu barədə klubun rəsmi saytında bəyanat dərc olunub. Bəyanatda bildirilir ki, teleyayım hüquqları klublara verilməsindən sonra "Turan" yayım hüququnu heç bir kanala verməyib. Buna görə də qarşıdan gələn "Qəbələ" ilə və digər oyunlara heç bir televiziya kanalının kameraları buraxılmayacaq. Stadionda yalnız qonaq komandanın və PFL-in kameraları olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə