"İyunun 23-25-də Bakının mərkəzi küçələrində baş tutacaq Formula-1 Azərbaycan Qran-prisi ilə bağlı Bakı metrosunun 3 stansiyasının iş qrafikində dəyişiklik ediləcək". SİA-nın məlumatına görə, bunu "Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib.
O bildirib ki, “Bakı Şəhər Halqası” “Bakı Metropiliteni” QSC-yə tədbirlərdə iştirak edəcək tamaşaçıların rahat daşınması üçün metronun iş saatının uzadılmasını xahiş edib: "İyunun 23-25-də keçiriləcək tədbirlərlə əlaqədar metronun “28 May”, “Sahil”, “İçərişəhər” metro stansiyalarının iş rejimi artırılacaq. Tədbirlərin keçirilməsi ilə əlaqədar zərurət yaranarsa, bütün sərnişinlərin daşınması təmin olunacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB