Sentyabrın 7-də Azərbaycan milli komandasının heyətində Almaniya yığması ilə Avro-2012-nin seçmə mərhələ oyununda iştirak etmək üçün bu ölkəyə yollanan "Neftçi" PFK-nın müdafiəçisi Ruslan Abışovun zədələnməsi ilə bağlı xəbər vermişdik. "Neftçi"nin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, artıq bir neçə gündür Almaniyada müalicə olunan futbolçu bu ay vətənə qayıdacaq. R.Abışov bu barədə telefon bağlantısı vasitəsi ilə klubun mətbuat xidmətinə məlumat verib: "Burada müalicə və bərpa kursları keçirəm. Özümü normal hiss edirəm. Müalicəmi başa vurub, sentyabrın 19-da "Neftçi"nin düşərgəsinə qoşulacağam. İnşallah, tezliklə yaşıl meydana qayıdacağam. Həmin günü səbirsizliklə gözləyirəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB