Dünya çempionatında Elnur Məmmədli 5-ci, Elxan Məmmədov isə 3-cü oldu
Tokiyoda keçirilən cüdo üzrə dünya çempionatının 2-ci günü gerid qalıb. Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, yarışın 2-ci günü tatami üzərinə təmsilçilərimizdən 81kq çəki dərəcəsində Elnur Məmmədli və Elxan Rəcəbli, 90kq-da isə Elxan Məmmədov çıxıb. Təəssüf ki, Elxan Rəcəbli ilk gorüşdəcə polşalı rəqibi Lukas Blaçaya məğlub olub.
81kq çəki dərəcəsində digər ümidimiz olan Elnur Məmmədli isə yarışa çox inamla başlayıb. Belə ki, o, ilk qarşılaşmasında gürcü Georq Şinjikaşvili, daha sonra ardıcıl olaraq portuqal Joao Neto, isveç Kristof Keller və rus İvan Nifontov üzərində təmiz qələbələr qazanıb. Yarımfinala çıxış görüşündə E.Məmmədli brazilyalı Flavio Kantonun muqavimətini qıra bilməyərək məğlubiyyət yaşayıb. Lakin dünya çempionatının bürünc medalını qazanmaq şansını əldə edən Elnur Məmmədli, bu yolda iki təsəlliverici qələbə qazanmalı olub. Bu sırada onun ilk rəqibi digər rusiya idmançısı Siracudin Maqomedov olub. Rəqibi üzərində çətinlik çəkmədən qələbə qazanan Elnur həlledici son təsəlliverici görüşdə yaponiyalı Masahiro Takamatsu ilə bilavasitə bürünc medal uğrunda mübarizə aparıb. Görüşün əvvəlində fəallıq göstərərək üç ardıcıl fənd cəhdi edən Elnur yaponiyalı rəqibinə xəbərdarlıq verilməsinə nail olmasına baxmayaraq, sonradan özü ardıcıl hücumlara məruz qalıb və vazari xalı ilə məğlub olub. İdmançıəmız dünya çempionatını 5-ci pillədə başa vurub. Buna baxmayaraq, uzun müddət dizindən əməliyyat səbəbindən böyük yarışlardan və təlim-məşqlərdən kənar qalmış olimpiya çempionumuz üçün bu nəticə qənaətbəxş hesab olunur.
Azarkeşlərinə qələbə sevinci bəxş edən digər idmançımız isə Elxan Məmmədov (90kq) olub. Beləki o, ardıcıl olaraq 4 qarşılaşmada Kipr, Qırğızıstan, Argentina və Rusiya idmançıları üzərində vaxtından əvvəl təmiz qələbə qazanaraq yarımfinala çıxıb. Bu mərhələdə finala vəsiqə uğrunda onun rəqibi yunanıstanlı İlias İliadis oub. Təssüf ki Elxan bu görüşdə vaxtından əvvəl məğlub olaraq finala çıxmaqdan məhrum olub. Elxan Məmmədov dünya çempionatının bürünc medalı uğrunda ukraynalı Valentin Qrekovla mübarizə aparıb. İlk dəqiqələrdən hücuma keçən Elxan ardıcıl olaraq yuko və iki vazari xalları qazanaraq rəqibi üzərində vaxtından əvvəl inamlı qələbə qazanaraq ölkəmiz üçün dünya çempionatının ilk medalını qazandırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB