"İnter" Türkiyəyə yollanıb

Bakı "İnter"i yeni mövsümə hazırlıq məqsədilə Türkiyəyə təlim-məşq toplanışına yollanıb. SİA-nın məlumatına görə, Zaur Svanadzenin rəhbərlik etdiyi kollektiv bu mövsüm hazırlıq üçün ölkəni tərk edən ilk komanda olub.

Hazırlıq prosesi Boluda olacaq. İyunun 19-dək davam edəcək toplanış müddətində 4 yoxlama oyunu nəzərdə tutulub.

Qeyd edək ki, "İnter" Azərbaycanı Avropa Liqasında təmsil edəcək. I təsnifat mərhələsindən mübarizəyə başlayacaq "bankirlər"in rəqibi iyunun 19-da müəyyənləşəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə