Çinin ikinci futbol liqası komandalarından "Pekin Enterprises"ın 30 yaşlı yarımmüdafiəçisi Şeyk İsmael Tiote məşqdə ürək tutması nəticəsində dünyasını dəyişib.
SİA-nın məlumatına görə, bu barədə futbolçunun meneceri Emanuele Palladino İngiltərə mətbuatına açıqlamasında məlumat verib. O bildirib ki, Tiote komandasının məşqi zamanı anidən yerə yıxılıb və həyata gözlərini yumub.
Fil Dişi Sahili yığmasında 55 oyun keçirən futbolçu karyerası ərzində "Anderlext", "Tvente" və "Nyukasl" klublarında çıxış edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB