“Qəbələ” daha iki futbolçu ilə yollarını ayırıb

“Qəbələ” daha iki futbolçu ilə yollarını ayırıb

“Qəbələ” daha iki futbolçu ilə yollarını ayırıb. SİA-nın məlumatına görə, bunlar qapıçı David Pietrzkieviç və gənc müdafiəçi Murad Musayevdir.

2013-2014 və 2015-2017-ci illərdə “Qəbələ”də çıxış edən D.Pietrzkieviç “qırmızı-qaralar”ın heyətində 14 oyun keçirib. Polşalı qapıçı bu görüşlərdə 17 top buraxıb. O, Premyer Liqada 12 (-11 qol), ölkə kubokunda 1 (-2 qol) və Avropa Liqasında 1 (-4 qol) oyunda iştirak edib.

2012/13 mövsümündən “Qəbələ”nin əsas komandasında çıxış edən M.Musayev 9 matç keçirib. Müdafiəçi Premyer Liqada 8, Azərbaycan kubokunda 1 görüşün iştirakçısı olub.

Qeyd edək ki, “Qəbələ” bunadək Daniel Subotiç, Rafael Santos, Rəşad Sadiqov, Məhəmməd Mirzəbəyov, Teo Uiks, Sergey Zenyov, Rəşad Eyyubov və Nika Kvekveskiri ilə də yollarını ayırmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə