"Arda Turan 2020-ci ilə qədər "Barselona"da qalacaq"

"Arda Turan 2020-ci ilə qədər "Barselona"da qalacaq"

Ahmet Bulut meneceri olduğu Arda Turanın "Barselona"dan ayrılacağı barədə yayılan xəbərlərə münasibət bildirib. "AS" qəzetinin yazdığına görə, o, türk yarımmüdafiəçisinin Kataloniya klubunda qalacağını deyib: "Arda heç yerə getmir. "Barselona" rəhbərliyi ondan razıdır. Bizim transferlə bağlı heç bir klubla danışıqlarımız olmayıb. Bu barədə çıxan xəbərlər Ardanı bezdirib".

A.Bulut bildirib ki, A.Turan müqaviləsinin müddəti baş çatana kimi "Barsa"dan ayrılmayacaq: "O, 2020-ci ilə qədər "Barselona"da qalacaq".

Qeyd edək ki, Kataloniya klubunun yeni baş məşqçisi Ernesto Valderdenin komandada görmək istəmədiyi futbolçular sırasında A.Turanın da olduğu iddia edilirdi. Onun Çin klublarından birinə satılacağı yazılırdı.

Bütün xəbərlər Facebook səhifəmizdə