Azərbaycan UEFA reytinqində 26-cı oldu

Azərbaycan UEFA reytinqində 26-cı oldu

Çempionlar Liqasının final matçının ardından mövsümün son UEFA reytinqi açıqlanıb. SİA-nın məlumatına görə, “Real”la “Yuventus” arasındakı həlledici qarşılaşmadan sonra İspaniyanın xal aktivi artıb.

Uelsin paytaxtı Kardiffdə keçirilən qarşılaşmada 4:1 hesabı ilə qalib gələn “kral klubu” ölkəsinin mövqeyini bir qədər də gücləndirib. Bu qazanc, onsuz da, birinci yeri təmin edən İspaniyanın liderliyini möhkəmlətməsinə şərait yaradıb.

“Yuventus”un məğlubiyyəti İtaliyanın xal hesabını dəyişməz saxlayıb. Bununla da İtaliya 4-cü pillədə qalıb.

Cədvəldə Azərbaycanın hesabında 17,750 xal var. Ölkəmiz reytinq cədvəlində 26-cı yeri tutub.

Bütün xəbərlər Facebook səhifəmizdə