Azərbaycan yığma komandasının yeni heyəti müəyyənləşib

Azərbaycan yığma komandasının yeni heyəti müəyyənləşib

Sofiyada keçiriləcək gənclər arasında Avropa çempionatında mübarizə aparacaq cüdo üzrə Azərbaycan yığma komandasının heyəti müəyyənləşib. Belə ki, sentyabrın 17-dən 19-dək davam edəcək yarışda məşqçilər Fərhad Məmmədov və Azər Şıxəliyevin rəhbərliyi ilə 8 cüdoçumuz mübarizə aparacaqdır.

SİA-nın məlumatına görə, oğlanların yarışında Azərbaycanı Elsəvər Sadıqzadə (55 kq), Vüqar Şirinli (60 kq), Rüstəm Orucov (66 kq), Sərxan Əhmədov (73 kq), Tural Səfquliyev (81 kq), Şahin Qəhrəmanov (90 kq) və Fərid Babayev (+100 kq) təmsil edəcəklər. Qızların mübarizəsində isə yeganə təmsilçimiz Xanım Hüseynova (57 kq) qüvvəsini sınayacaqdır.

Bütün xəbərlər Facebook səhifəmizdə