Stefano Piolinin yeni iş yeri müəyyənləşib

Stefano Piolinin yeni iş yeri müəyyənləşib

Mövsümün sonlarında “İnter”dən ayrılan baş məşqçi Stefano Piolinin yeni iş yeri müəyyənləşib. SİA-nın məlumatına görə, 51 yaşlı mütəxəssis “Fiorentina”nı çalışdıracaq. Bu barədə xəbəri “Football İtalia” yayıb. Onun Florensiya klubunun baş məşqçi postunda Paulo Souzanı əvəz edəcəyi qeyd edilib.

Anlaşmanın yaxın günlərdə rəsmən açıqlanması gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə