“Liverpul” “Roma”nın futbolçusunu transfer etmək istəyir

“Liverpul” “Roma”nın futbolçusunu transfer etmək istəyir

“Roma”nın yarımmüdafiəçisi Mohammed Salah tezliklə klubunu dəyişə bilər. SİA-nın məlumatına görə, “Liverpul” misirli futbolçunu heyətinə qatmağa çalışır.

Klub rəhbərliyi artıq Salahın meneceri ilə razılıq əldə edib. Razılığa əsasən, “Roma”nın yarımmüdafiəçisi 4 illik müqaviləyə imza atacaq və onun illik qazancı 4 milyon avro olacaq.

Keçidin reallaşması üçün “Liverpul” “Roma”ya 32 milyon avro təklif edib. Lakin İtaliya klubu 45 milyon avro tələb edir.

Bütün xəbərlər Facebook səhifəmizdə