“Mən əminəm ki, Ronaldo 5-ci dəfə “Qızıl top”un sahibi olacaq. Hesab edirəm ki, heç kim bu il onun qədər həmin mükafatı qazanmağı haqq etməyib”. Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu sözləri “Real”ın prezidenti Florentino Perez Çempionlar Liqasının finalında “Yuventus”a qarşı oyundan (4:1) sonra deyib. Xatırladaq ki, Ronaldo bu mövsüm La Liqanın və Çempionlar Liqasının qalibi olub. O, dünən ÇL-in finalında 2 qol vurub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB