“Real” və “Mançester Yunayted” Superkubokda üz-üzə!

“Real” və “Mançester Yunayted” Superkubokda üz-üzə!

UEFA Çempionlar Liqasının final matçından sonra UEFA superkubokunun sonuncu iştirakçısı da müəyyənləşib. Belə ki, qitənin bu fəxri mükafatı uğrunda görüşdə 2016/17 mövsümü Çempionlar Liqasının qalibi “Real”la Avropa Liqasının qalibi “Mançester Yunayted” qarşılaşacaq. Oyun avqustun 8-də Makedoniyanın Skopye şəhərində keçiriləcək.

Qeyd edək ki, “Real” UEFA superkubokunu 3 (2002, 2014, 2016), “Mançester Yunayted” isə 1 dəfə (1991) qazanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə