“Son 7 ildə gördüyümüz işlərə görə qürur duyuruq. Biz bu müddət ərzində Avropanın top klubuna çevrildik”. Bu açıqlama ilə “Yuventus”un baş məşqçisi Massimilano Alleqri Çempionlar Liqasının finalında “Real”a uduzduqları oyundan (1:4) sonra çıxış edib.
O, İtaliya mətbuatına açıqlamasında ruhdan düşmədiklərini və gələn mövsüm daha da güclü olacaqlarını bildirib: “Bilirik ki, Çempionlar Liqasını qazanmaq üçün daha nələrsə etməliyik. Kimsə bizim gələn mövsüm Çempionlar Liqasına motivasiya ola bilməyəcəyimizi düşünürsə, onlara demək istəyirəm ki, biz daha da qətiyyətli olacağıq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB