“Azərbaycanla oyun olduqca əhəmiyyətlidir"

“Azərbaycanla oyun olduqca əhəmiyyətlidir"

“Millinin heyətində ilk qolumu vurduğum üçün sevincliyəm. İndi növbəti oyun haqda düşünmək lazımdır”. Bu sözləri Şimali İrlandiya millisinin üzvü Liam Boys Yeni Zellandiya ilə yoxalama oyunundan sonra BBC-yə açıqlamasında deyib.

Oyunda yeganə qolun müəllifi olan 26 yaşlı hücumçu DÇ-2018-in seçmə mərhələsində Bakıda yığmamızla keçiriləcək görüşdə də fərqlənəcəyinə ümid etdiyini bildirib: “Azərbaycanla oyun olduqca əhəmiyyətlidir. Bu dəfə daha vacib matçda qol vura bilərəm. Rəsmi oyunda ilk qolu vuracağıma ümid edirəm”.
Xatırladaq ki, Azərbaycan – Şimali İrlandiya oyunu iyunun 10-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə