İngiltərənin "Arsenal" klubu Türkiyə milli komandasının və İspaniyanın "Barselona" klubunun futbolçusu Arda Turanı transfer etmək istəyir. SİA-nın məlumatına görə, "The Sun" nəşri Arsen Vengerin 30 yaşlı yarımmüdafiəçinin transferində maraqlı olduğunu yazıb.
London təmsilçisi Arda üçün 25 milyon avro ödəməyə hazırdır. Təcrübəli oyunçunu "Qalatasaray" da heyətinə cəlb etmək istəsə də, bu qədər vəsaiti ödəmək imkanı yoxdur.
Qeyd edək ki, "Barselona"ya Ernesto Valverdenin baş məşqçi təyin olunmasından sonra Arda Turanın transferə çıxarılacağı bildirilir. O, ötən mövsüm La Liqada 14 oyunda meydana əsas heyətdə çıxıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB