Ronaldo David De Heanın "Real"a transfer olacağına inanmır

Ronaldo David De Heanın "Real"a transfer olacağına inanmır

Kriştiano Ronaldo "Mançester Yunayted"in qapıçısı David De Heanın "Real"a transfer olacağı haqqında iddialara münasibət bildirb. SİA-nın məlumatına görə, portuqaliyalı futbolçu De Heanın dünya səviyyəli qapıçı olduğunu, amma onun "kral klubu"na gələcəyinə inanmadığını bildirib. Ronaldonun fikrincə, ispan qapıçı haqda dedi-qoduların çıxması normaldır, lakin bu o qədər də real deyil: "Keylor Navas "Real"ın qapıçısıdır. De Hea da yaxşı qapıçıdır, amma "Mançester Yunayted"də. Hər il 50 min futbolçu haqda danışılır, həmişə eyni adlar müzakirə olunur. Danışılan o qədər oyunçulardan biri və ya ikisi gəlir. Bu qədər".

Bütün xəbərlər Facebook səhifəmizdə