"Monako”nun qapıçısı karyerasını bitirib

"Monako”nun qapıçısı karyerasını bitirib

"Monako”nun qapıçısı Morqan De Sanktis karyerasını bitirib. SİA-nın məlumatına görə, bu barədə məlumatı İtaliya mətbuatı yayıb. İtalyan qolkiper 40 yaşında karyerasını bitirmək qərarına gəlib. Onun sabiq klubu, 3 il şərəfini qoruduğu “Roma”ya qayıdaraq, menecer kimi çalışacağı deyilir.

Qeyd edək ki, karyerası ərzində “Monako”dan başqa, “Napoli”, “Roma”, “Qalatasaray”, “Sevilya”, “Udineze”nin şərəfini qorumuş, 6 dəfə İtaliya millisinin formasını geyinmiş De Sanktis son mövsümdə 8 oyunda şans qazanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə