Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə bu gün Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş konkur üzrə beynəlxalq turnir keçirilir. SİA-nın verdiyi məlumata görə, turnirdə Azərbaycan, Türkiyə, Rusiya, Belarusiya, Gürcüstan və İran İslam Respublikasını təmsil edən 19 idmançı və 34 at iştirak edir. 3 gün davam edəcək yarışların ümumi mükafat fondu 78 800 manat təşkil edir.
Ramanı İstirahət Mərkəzi, Buta Golden Atçılıq Klubunun yaşıl meydançasında təşkil olunan yarışları Azərbaycan, Rusiya, İran İslam Respublikası, Türkiyə, Ukrayna və Fransadan olan hakimlər kollegiyası idarə edir.
Bu turnir Qafqaz Liqasına daxil olan idmançıların Dünya Kubokuna təsnifat mərhələsi hesab edilir. Eyni zamanda Final yarışı idmançılara Longines Dünya Sıralaması üçün də 50 xal toplamaq imkanı verir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB