Növbəti mövsüm Premyer Liqada mübarizə aparacaq "Səbail" klubu heyətini daha bir futbolçu ilə gücləndirib. SİA-nın məlumatına görə, paytaxt təmsilçisi "Turan Tovuz"dan ayrılan Aqşin Muxtaroğlunu heyətinə cəlb edib. Onunla 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, "Səbail" bundan öncə Aqil Məmmədov və Kamal Qurbanovla anlaşmışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB