Ronaldo: "İnsanlar 90 yaşım olanda da məni xatırlayacaqlar"

Ronaldo: "İnsanlar 90 yaşım olanda da məni xatırlayacaqlar"

“Digərlərini üstələdiyimi 11 yaşımdan dərk edirəm. İnsanlar 90 yaşım olanda da məni xatırlayacaqlar. Artıq futbolun tarixində yer aldığımı bilirəm”. SİA-nın məlumtına görə, bunu Madrid "Real"ının ulduzu Kriştiano Ronaldo deyib.

Çox yaşamaq arzusunda olan portuqal futbolçu Çempionlar Liqasının final oyunu barədə də fikirlərini bölüşüb: “Mənim oyunum alınmayanda belə, həmişə “Real”ın qələbə qazanmasını istəmişəm. “Yuventus” əla komanda olsa da, “Real” daha güclüdür. Biz bunu sübut edəcəyik”.

Bütün xəbərlər Facebook səhifəmizdə