"Latsio" klubu baş məşqçi Simone İnzaqi ilə müqaviləsini yeniləyib. SİA-nın məlumatına görə, 41 yaşlı mütəxəsislə 2020-ci ilə kimi müqavilə imzalanıb. Filippo İnzaqinin kiçik qardaşı 2010-16-cı illərdə "Latsio"nun əvəzedici komandasını çalışdırıb. Ötən mövsüm isə o, əsas komandanı ölkə kubokunun finalına çıxarıb.
Qeyd eədk ki, 2016/17 mövsümündə A Seriyasında 5-ci olan "Latsio" İtaliyanı Avropa Liqasında təmsil etmək hüququ qazanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB