Bundesliqada may ayının ən yaxşı futbolçusu müəyyənləşib

Bundesliqada may ayının ən yaxşı futbolçusu müəyyənləşib

Dortmund "Borussiya"sının oyunçusu Pyer-Emerik Obameyanq Almaniya Bundesliqasında may ayının ən yaxşı futbolçusu seçilib. SİA-nın məlumatına görə, bu barədə Bundesliqanın rəsmi saytı xəbər yayıb.

Qabonlu hücumçu 71 faiz səs toplayıb. O, Aryen Robben, Timo Verner və Mario Qomeslə mübarizədən qalib ayrılıb.

Qeyd edək ki, ötən ay Bundesliqada 3 oyuna çıxan 30 yaşlı forvard 4 qol vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə