Xorxe Sampaolinin Argentina millisinə baş məşqçi təyinatı rəsmiləşib. SİA-nın məlumatına görə, 57 yaşlı mütəxəssislə ötən gün müqavilə imzalanıb. Müqavilə müddəti və şərtləri haqda məlumat verilməyib.
Qeyd edək ki, “Sevilya”nın sabiq baş məşqçisi bu vəzifədə istefaya göndərilən Edqardo Bauzanı əvəzləyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB