Ernesto Valverde: "Məni ciddi sınaq gözləyir"

Ernesto Valverde: "Məni ciddi sınaq gözləyir"

Ernesto Valverde rəsmən "Barselona"da vəzifəsinin icrasına başlayıb. SİA-nın məlumatına görə, bu gün 53 yaşlı mütəxəssis 2 illik müqaviləyə imza atıb. İmza mərasimində klubun prezidenti Xosep Bartomeu və vitse-prezidenti Jordi Mestre iştirak edib.

"Klub prezidenti, rəhbərlik və idman direktoruna təşəkkürümü bildirirəm. Məni ciddi sınaq gözləyir. Ümid edirəm ki, işim hər kəsi qane edəcək. "Barselona"ya əminliyi qaytarmaq və bu klubu zirvələrə daşımaq istəyirəm. Üzərimdə böyük məsuliyyət hiss edirəm", - deyə E.Valverde qeyd edib.

O, 1988-90-cı illərdə futbolçu kimi katalon klubunun şərəfini qoruyub. E.Valverde məqşçilik karyerası ərzində isə "Espanyol", "Olimpiakos", "Vilyareal" və "Valensiya"nı çalışdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə