Londonun “Arsenal” klubu komandanın baş məşqçisi Arsen Venqerlə müqaviləni uzadıb. SİA-nın məlumatına görə, o, kanonirlərə 1996-cı ildən rəhbərlik edir.
67 yaşlı fransızla yeni müqavilə iki il üçün bağlanılıb. Arsen Venqer yeni müqaviləni axıradək icra edərsə, matçların sayına görə İngiltərə Premyer Liqasında “Mançester Yunayted"in sabiq məşqçisi Aleks Ferqyusonun rekordunu təzələyəcək.
A.Venqerin rəhbərliyi ilə klub 3 dəfə İngiltərə çempionu olub, 7 dəfə İngiltərə Kubokunu, 6 dəfə isə ölkənin Superkubokunu qazanıb.
Kanonirlər keçən mövsümdə finalda “Çelsi”yə qalib gələrək öz tarixlərində 13-cü dəfə İngiltərə Kubokuna sahib olublar. Lakin Premyer Liqanın cədvəlində “Arsenal” yalnız beşinci yeri tutduğu üçün 20 il ərzində ilk dəfə olaraq Çempionlar Liqasında iştirak etməyəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB