"Partizan" və "Lokomotiv"in sabiq futbolçusu Petar Şkuletiç karyerasını Türkiyə Superliqasında davam etdirəcək. SİA-nın məlumatına görə, serbiyalı forvard "Gənclərbirliyi" klubu ilə razılığa gəlib. Ankara klubu 26 yaşlı oyunçunun müqavilə şərtlərini açıqlamayıb. Şkuletiç "Lokmootiv"lə müqaviləsini pozduğuna görə "Genclerbirliği"nə pulsuz başa gəlib.
Qeyd edək ki, sözügedən hücumçu Avropa Liqasının pley-off mərhələsində paytaxtımızın da qonağı olub. 2014-cü il avqustun 28-də keçirilən oyunda "Neftçi"nin qapısına 2 qol vuran Şkuletiç "ağ qaralar"ın qrup mərhələsinə yolunu kəsmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB