"Mançester Siti" "Benfika"nın qapıçısını transfer edib

"Mançester Siti" "Benfika"nın qapıçısını transfer edib

İngiltərənin "Mançester Siti" klubu növbəti transferini həyata keçirib. SİA-nın məlumatına görə, "Monako"dan Bernardo Silvanın keçidini həll edən "şəhərlilər" bu dəfə qapıçı alıblar. Mançester təmsilçisi Portuqaliyanın "Benfika" klubundan Ederson Moraesi transfer edib. İngiltərə klubu 23 yaşlı "çərçivə qoruyucusu"na görə "Benfika"ya 40 milyon avro ödəyib.

Ederson bununla dünya futbol tarixinin ən bahalı ikinci qapıçısı olub. Siyahıya 2001-ci ildə “Parma”dan 53 milyon avro qarşılığında “Yuventus”a keçən Canluici Buffon başçılıq edir.

Qeyd edək ki, Ederson ötən mövsüm “Benfika”nın heyətində 39 qarşılaşmada çərçivəni qoruyub və qapısında 26 top görüb.

Bütün xəbərlər Facebook səhifəmizdə