Millimiz 11 pillə irəliləyib

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb. SİA-nın məlumatına görə, ötən ayla müqayisədə millimiz 11 pillə irəliləyib. Komadamız 439 xalla 76-cı yerdə qərarlaşıb.

Millimizin "DÇ-2018"in seçmə mərhələsindəki rəqiblərindən Almaniya 1511 xalla 3-cü (0), Şimali İrlandiya 837 xalla 28-ci (-2), Çexiya 690 xalla 45-ci (+1), Norveç 391 xalla 87-ci (-1), San Marino isə 12 xalla 204-cü (0) yerdə qərarlaşıb.

Qeyd edək ki, siyahıya 1715 xalla Braziliya millisi başçılıq edir. Argentina 1626 xalla ikincidir.

Müəllif: Elgün Vidadioğlu

Bütün xəbərlər Facebook səhifəmizdə