Qapıçı fasilədə taksiyə minərək stadionu tərk edib

Braziliyanın "Fiqeyrense" klubunun qapıçısı Fabio Qosalves "Boa"ya qarşı oyunda buraxdığı iki qola görə kədərlənib və fasilədə taksiyə minərək stadionu tərk edib.
Qapıçı fasilədə taksiyə minərək stadionu tərk edib

Braziliyanın "Fiqeyrense" klubunun qapıçısı Fabio Qosalves "Boa"ya qarşı oyunda buraxdığı iki qola görə kədərlənib və fasilədə taksiyə minərək stadionu tərk edib. SİA-nın məlumatına görə, B seriyasının oyununda Qonsalves komandadakı debüt oyununda rəqib futbolçunun meydanın mərkəzindən vurduğu topu tuta bilməyib. O, digər qolu isə penaltidən buraxıb.

Futbolçu fasilə zamanı taksiyə minərək gedib və bir daha kluba geri qayıtmayıb. Klub rəhbərliyi 38 yaşlı qolkiperlə müqaviləni pozmaq qərarına gəlib.

Oyunda başqa qol olmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə