Ronaldo: "Messinin oyununa böyük məmnuniyyətlə baxıram"

İspaniyanın "Real" klubunun hücumçusu Kriştiano Ronaldo əsas rəqibi "Barselona"nın forvardı Lionel Messi ilə olan münasibətindən danışıb.
Ronaldo: "Messinin oyununa böyük məmnuniyyətlə baxıram"

İspaniyanın "Real" klubunun hücumçusu Kriştiano Ronaldo əsas rəqibi "Barselona"nın forvardı Lionel Messi ilə olan münasibətindən danışıb. SİA-nın məlumatına görə, portuqal futbolçu Messinin oyununu bəyənərək izlədiyini qeyd edib: "Yaxşı futbolçuların hamısının oyununa baxmaq mənim xoşuma gəlir, Messi isə parlaq futbolçudur. Əlbəttə, mən onun oyununa böyük məmnuniyyətlə baxıram. Biz onunla yaxşı münasibətdəyik və bir-birimizə hörmət edirik. Deyə bilmərəm ki, onlara gedirəm və oturub bir yerdə nahar edirik. Mən onu dostum da adlandıra bilmərəm, lakin mənim üçün Messi rəqib deyil, həmkardır".

Bütün xəbərlər Facebook səhifəmizdə