Mino Raiola meneceri olduğu "Mançester Yunayted"in futbolçusu Zlatan İbrahimoviçin gələcək karyerası ilə bağlı açıqlama verib.
"Talk Sport"-un yaydığı xəbərə görə, o, isveçli hücumçunun İngiltərədə qalmaq istədiyini deyib: "Zlatana bir çox təklif gəlib. Hamısını dəyərləndirəcəyik, ancaq o, İngiltərədə futbolçu karyerasını yüksək səviyyədə davam etdirmək istəyir".
M.Raiola Z.İbrahimoviçin "MY"dan ayrılıb-ayrılmayacağı ilə bağlı sualı isə belə cavablandırıb: "Zlatan "Mançester Yunayted"də çox yaxşı zaman keçirdi. Onlarla görüşəcəyik. Əgər İbrahimoviç "Mançester Yunayted"də imtina edilməyən futbolçu olacaqsa, qalmağa hazırdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB