"Neftçi"nin futbolçuları Avropa çempionatının seçmə qrup mərhələsinin oyunlarında forma geyiniblər
"Neftçi" PFK-nın futbolçuları Avropa çempionatının seçmə qrup mərhələsinin oyunlarında forma geyiniblər. "Neftçi"nin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, flaqmanın litvalı qapıçısı Paulius Qribauskasın komandası səfərdə Çexiyaya qarşı mübarizə aparıb. Bu görüşdə Qribauskas "18-lik"də yer alıb. Litva yığması çexlərə 1:0 hesabı ilə qalib gələrək, sensasiyaya imza atıb.
"Neftçi"nin makedoniyalı üzvləri İqor Mitreski və Slavço Georgievski isə doğma meydanda Ermənistanla matçda çıxış ediblər. Hər iki oyunçu start heyətində yer alıb. Mitreski 90 dəqiqə meydanda olsa da, Georgievski 67-ci dəqiqədə Filip Despotovski ilə əvəzlənib. Qarşılaşma heç-heçə nəticələnib - 2:2.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB