Həsən Əliyev: “Baş məşqçimiz Fərid Mansurova dünya çempionatında ilk “qızılı” mən verdim” - AÇIQLAMA

Güləş üzrə Azərbaycan yığma komandasına dünya çempionatında ilk qızıl medalı qazandıran yunan-Roma güləşi üzrə dünya çempionu Həsən Əliyev (60 kq) Moskvadakı qələbəsi barədə öz fikirlərini bölüşüb. SİA-nın məlumatına görə, o gərginlik hiss etdiyini, çempionatda çoxlu güclü pəhləvanlar iştirak etdiyini qeyd edib. Görüşlərin çətin keçdiyini deyən dünya çempionu ¼ finaldakı qarşılaşmasını xüsusi qeyd edib. "Baş məşqçimiz Fərid Mansurova dünya çempionatında ilk "qızılı" mən verdim. İnşallah, ona ilk olimpiya "qızılı"nı da mən verərəm", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə